Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) “bölmə müdiri” və “metroloq” vəzifələri üzrə işə qəbul elan edir.

Vakansiya: Bölmə müdiri (Lənkəran, Quba, Qusar, Xaçmaz və Şəki)

Vəzifə öhdəlikləri:

- Regional bölmənin fəaliyyətini təşkil etmək;

- Regional bölmədə kalibrlənmə və yoxlanılma işlərinin aparılması üçün zəruri şəraiti təmin etmək;

- Rəylərin verilməsi, müvafiq olaraq sertifikat, şəhadətnamə, bildiriş və protokolların qanunvericiliyə uyğun yerinə yetirilməsini təmin etmək;

- Tabeliyində olan işçilərin fəaliyyətini tənzimləmək, işçilər arasında iş bölgüsü aparmaq, onların işinə və icra intizamına riayət edilməsinə nəzarət etmək;

- Regional bölmədə zəruri normativ-texniki və metodiki sənədlər bazasının yaradılmasını təmin etmək;

- Keyfiyyəti idarəetmə sistemi (KİS) üzrə ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi sahəsinə  aid olan sənədlərin hazırlanmasını təmin etmək;

- Regional bölmənin iş planları və hesabatlarının hazırlanmasını təmin etmək;

Təhsil və ixtisas tələbləri: Bakalavr və ya magistr dərəcəsi;

Staja dair tələb: Müvafiq sahədə ən azı 3  il  iş təcrübəsi

Dil bilikləri: Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarıqları (ingilis və rus dili bilikləri arzuolunandır);

Xüsusi bacarıqlar: Analitik düşünmə, liderlik, risklərin və dəyişikliklərin idarəedilməsi, qərarvermə, effektiv əlaqələr qurmaq.



Vakansiya: Metroloq (Bakı şəhəri və Quba, Qusar Xaçmaz, Lənkəran, İmişli, Kürdəmir üzrə regional bölmələr)

Vəzifə öhdəlikləri:

- Ölçmələrin tələb olunan dəqiqliyi əsasında laboratoriyada mövcud olan sahələr üzrə ölçmələr aparmaq;

- Laboratoriyada qəbul edilmiş standartların tələblərinə uyğun ölçmə vasitələrinin müqayisəli yoxlanılmasından alınmış nəticələri sertifikat, şəhadətnamə, bildiriş və protokollara daxil etmək;

- Ölçmə vasitələri barədə məlumatları blank reyestrinə əlavə etmək;

- Mövcud olan avadanlığın texniki xidməti qrafikini tərtib etmək və onlara riayət etmək;

- Ölçmə vasitələrinin yoxlanılması məqsədilə müraciət edilən müəssisələrə getmək;

- Ölçmə vasitələrinin yoxlanılması prosesində cihaza xarici baxışın keçirilməsində iştirak etmək.

Təhsil tələbləri: Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, cihaz mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, fizika və kimya ixtisasları üzrə bakalavr və ya magistr dərəcəsi;

Xüsusi bacarıqlar: Analitik təhlil, komandada işləmə və əməkdaşlıq, məsuliyyətlilik, dəqiqlik; çeviklik.

Tələblərə uyğun namizədlərdən elektron məktubun mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV-lərini[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.