“Azərbaycan müəllimi” qəzeti yazılı media sahəsində fəaliyyət göstərmək üçün müxbir vakansiyası elan edir.

Namizədə tələblər:

• Jurnalistika, filologiya, beynəlxalq münasibətlər və ya digər uyğun ixtisaslar üzrə ali təhsil;

• Azərbaycan və ingilis dillərində yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı;

• Yazılı media sahəsində iş təcrübəsinə üstünlük verilir;

• Xəbər, reportaj, müsahibə və analitik mətn hazırlamaq bacarığı;

• Operativ işləmək və qısa müddətdə keyfiyyətli xəbər hazırlamaq bacarığı;

• Tədbir, forum, brifinq və mətbuat konfranslarında iştirak edərək real vaxt rejimində xəbər hazırlamaq bacarığı;

• Sosial media və xəbər portalları ilə işləmək bacarığı;

• Komandada işləmək və yüksək məsuliyyət hissi;

• Təhsil sahəsinə maraq və gündəmi izləmək bacarığı.

Vəzifə öhdəlikləri:

• Təhsil sahəsində gündəlik xəbərlərin hazırlanması;

• Tədbir və mətbuat konfranslarından operativ xəbərlərin yazılması;

• Müsahibə və reportajların hazırlanması;

• Mövzu araşdırmaları və analitik yazıların hazırlanması;

• Redaksiya tapşırıqlarının vaxtında yerinə yetirilməsi.

İş qrafiki:

• Tam ştat

İş yeri: 

“Azərbaycan müəllimi” qəzetinin redaksiyası – Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski küçəsi 109

Maraqlanan namizədlər CV-lərini “Müxbir vakansiyası” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.