Azərbaycan startap ekosistemində mühüm yenilik!
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qlobal miqyaslı "Microsoft for Startups Investor Network" proqramına qoşuldu! Bu tərəfdaşlıq yerli startaplarımızın beynəlxalq texnoloji resurslara çıxışını təmin etməklə onların qlobal bazarlara inteqrasiyasını sürətləndirəcək.
Proqram çərçivəsində seçilən startapları hansı imkanlar gözləyir?
Azure bulud xidmətləri üzrə yüksək həcmli kreditlər;
Azure AI infrastrukturu və süni intellekt həllərinə birbaşa çıxış;
GiHub Enterprise, LinkedIn və Visual Studio Enterprise kimi premium alətlərdən istifadə;
Microsoft mühəndisləri ilə 24/7 texniki dəstək və konsultasiya sessiyaları;
Məhsulun miqyaslandırılması üçün qlobal ekosistemə daxil olmaq şansı.
Kimlər müraciət edə bilər?
Xüsusilə texnologiya yönümlü, inkişaf potensialına və bazar traksiyasına malik, investisiya cəlb etməyə hazır və ya artıq investisiya almış startapların müraciətləri prioritet hesab olunacaq. İl ərzində ortalama 40-50 startapın bu dəstəyi qazanması nəzərdə tutulub!
Qlobal bazara addım atmaq vaxtıdır! Microsoft-un təqdim etdiyi süni intellekt, bulud infrastrukturu və digər texnoloji üstünlüklərdən yararlanmaq üçün müraciət edin. Startaplar müraciət formasını dolduraraq proqram üzrə qeydiyyatdan keçə bilərlər.
Müraciət üçün: LİNK