Azərbaycan Universitetində Arxiv üzrə mütəxəssis vakansiyası aktivdir. 

 

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

ƏMƏK FUNKSİYASI:

Mövcud qaydalara uyğun olaraq arxiv işini təşkil etmək;

Sənədlərin qəbulunu, qeydiyyatını, sistemləşdirilməsini həyata keçirmək, mühafizəsini təşkil etmək;

Şöbələr tərəfindən istifadə edilməyən sənədlərin arxivə təhvil verilməsini təşkil etmək, arxivə verilmiş işlərin nomenklatur-siyahısını hazırlamaq;

Arxiv sənədlərini şifrələndirmək, sistemləşdirmək və yerləşdirmək, onların reyestrını və hesabatını tərtib etmək;

Vaxtı keçmiş sənədlərin silinməsi və məhv edilməsini təşkil etmək və onları aktlaşdırmaq;

Arxiv sənədlərinin elmi və praktiki qiymətləndirilməsi ekspertizası işində iştirak etməkArxiv sənədlərini və onların surətlərini vermək, arxiv sənədlərində olan məlumatlar əsasında arayışlar, sorğulara cavablar tərtib etmək və onların hesabatını aparmaq; 

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, universitetin Nizamnaməsinə, təsisçilərin Ümumi Yığıncağının və Elmi Şuranın qərarlarına, rektorun əmr və göstərişlərinə əməl etmək;

Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

BİLMƏLİDİR:

Azərbaycan Respublikasının təhsil qanunvericiliyi, kargüzarlıq və arxiv işi sahəsində qüvvədə olan normativ-hüquqi aktları; 

Kargüzarlığın aparılmasının, arxiv işinin təşkilinin əsaslarını;

VƏZİFƏ TƏLƏBLƏRİ:

Təhsil pilləsi (minimum): Bakalavr

İxtisası: Fərq qoyulmur

İş təcrübəsi (minimum): Kargüzarlıq sahəsində 3 (üç) ildən az olmayaraq əmək stajı

Dil bilikləri: Azərbaycan; rus və ingilis dili (arzuolunandır)

Kompüter bilikləri: MS ofis proqramları

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.