Azərbaycan Universitetində İngilis dili müəllimi vakansiyası aktivdir.
Bu sahədə təcrübəsi olan və komandamıza qoşulmaq istəyən namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əmək funksiyası
Müvafiq qaydalara uyğun olaraq fənni tədris etmək;
Tədris etdiyi fənn üzrə tədris prosesində innovativ təlim texnologiyalarından istifadə etmək, elektron tədris resurslarını yaratmaq;
Tələbələri maarifləndirmək, onlarla təlim-tərbiyə işləri aparmaq;
Kafedra iclaslarında mütəmadi olaraq iştirak etmək;
Tələbələrin tədqiqat işlərinə istiqamət vermək;
Sillabusları, illik işçi planlarını, imtahan biletlərini vaxtında hazırlamaq və kafedra müdirinə təqdim etmək, imtahan cavablarını qiymətləndirmək;
Dekanlığın müəyyən etdiyi vaxtlarda kollokviumların keçirilməsini təmin etmək;
Tədris etdiyi fənn üzrə tələbələrin müstəqil işlərini planlaşdırmaq və təşkil etmək;
Həftəlik dərs günlərinin sayı miqdarında həftəlik imtahan nəzarətində iştirak etmək;
Universiet tərəfindən müəyyən olunmuş qaydada imtahanın gedişinə nəzarət emək (imtahan nəzarətçisi);
Elmi-tədqiqat işləri ilə məşğul olmaq, elmi konfranslarda və universitetin təşkil etdiyi digər tədbirlərdə iştirak etmək;
Tədris ilinin yekununda fərdi və illik iş planı üzrə hesabat təqdim etmək;
Bilməlidir
Azərbaycan Respublikasının təhsil qanunvericiliyini;
Ali təhsil üzrə təsdiq edilən dövlət təhsil standartlarını və proqramlarını;
Tələbələrlə işin təşkili (ünsiyyətin qurulması), tələbələrlə tərbiyə işinin aparılmasını;
Vəzifə tələbləri
İxtisas üzrə ali təhsil ( İngilis dili müəllimliyi, Filologiya, Tərcümə)
3 ildən az olmayan pedaqoji staj
Fəlsəfə doktoru elmi dərəcəsi ( arzu olunan)
Beynəlxalq sertifikatların olması (TKT, TESOL, CELTA, IELTS, SAT və s.)
Microsoft Office proqramından istifadə etmək bacarığı
General English, ESP tədrisi üzrə təcrübə