Azərbaycan universitetlərində təhsil alan doktorantların nəzərinə!
ABŞ-da elmi tədqiqat aparmaq fürsətini qaçırmayın!
ABŞ-ın Bakıdakı Səfirliyi 2027–2028-ci tədris ili üzrə Fulbright Qeyri-Dərəcə Ziyarətçi Tədqiqatçı Proqramına müraciətlərin qəbulunu elan edir. Bu nüfuzlu, müsabiqə əsasında seçilən proqram hazırda doktorantura (PhD) pilləsində təhsil alan Azərbaycan vətəndaşlarına istənilən akademik sahə üzrə ABŞ universitetlərindən birində 6–9 ay müddətində elmi rəhbərin nəzarəti altında dissertasiya tədqiqatı aparmaq imkanı yaradır.
Müraciət üçün son tarix: 20 avqust 2026-cı il
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.


