Azərbaycanın gələcək kosmik texnologiya mütəxəssislərindən biri olun!

 

Agentliyimiz, “IAI - Israel Aerospace Industries” və Azercosmos birgə təşkilatçılığı və İsrailin innovasiya sahəsində qabaqcıl təhsil institutu olan “Holon” Texnologiya İnstitutunun dəstəyi ilə həyata keçirilən bu 6 həftəlik intensiv proqram iştirakçılara ölkənin sürətlə böyüyən texnologiya və startap ekosistemində lider olmaq üçün bir qapı açır.

 

Proqram iki əsas hissədən ibarətdir:

 3 həftəlik “İnnovasiya və sahibkarlıq” təlimləri;

 3 həftəlik “Peyk innovasiyaları və tətbiqləri” modulu.

 

 Seçim mərhələsini uğurla keçən namizədlər üçün tamamilə ödənişsiz olan bu proqram dünya səviyyəli ekspertlərdən təlim almaq, real layihələr üzərində təcrübə toplamaq və beynəlxalq səviyyəli sertifikat əldə etmək imkanı yaradır.

 

Seçilmiş iştirakçılar 2026-cı ildə inkubasiya və akselerasiya mərhələlərində iştirak imkanı qazanacaqlar.

 

Proqram kimlər üçündür?

 STEM və IT yönümlü ali təhsil müəssisələrinin yüksək nəticəli məzunları və ya son kurs tələbələri;

 1– 5 il iş təcrübəsi olan gənc mütəxəssislər (STEM və IT sahələri üzrə);

 Texnologiyaya və innovasiyaya marağı olan şəxslər;

 Yüksək ingilis dili biliyinə sahib olanlar.

 

Qeyd edək ki, iştirakçılar həftədə 4 gün (bazar ertəsi – cümə axşamı), saat 14:00-19:00 aralığı proqramda fiziki olaraq iştirak etməlidir.

 

Təlim dili: İngilis

Son müraciət tarixi: 19 yanvar, 2026

Proqramın başlama tarixi: 9 fevral, 2026

 

Müraciət etmək üçün aşağıdakı linkə keçidə daxil olun.

Müraciət et

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.