AZSET layihə koordinatoru vəzifəsi üzrə vakansiya elan edir

 

AZSET haqqında haqqında

 

"AZCON School of Engineering and Technology" – AZCON Mühəndislik və Texnologiya Fakültəsi (AZSET) Azərbaycan Texniki Universitetinin (AzTU) nəzdində fəaliyyət göstərəcək və “TUMint”in akademik dəstəyi ilə ödənişsiz, tam ingilis dilində təhsil təqdim edəcəkdir. Təhsil proqramı hazırda ali təhsilin bakalavriat səviyyəsinə kompüter elmləri ixtisası üzrə beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasına yönəlib.

 

Vakansiya barədə məlumat

Vəzifə: Layihə koordinatoru

İş yeri: Azərbaycan Texniki Universiteti

 

Müraciət üçün əlaqə: [email protected]

 

Vəzifənin ümumi təsviri

Layihə koordinatoru AZSET-in cari fəaliyyətinin əsasında dayanır. Vəzifəyə qəbul olunacaq şəxs AZSET-in bütün inzibati məsələlərinin əlaqələndirilməsinə kömək edəcək, tədbirlərin və imtahanların təşkili məsələlərini idarə edəcək, habelə gündəlik inzibati işlərdə hərtərəfli dəstək göstərəcək. Vəzifənin əsas məqsədi AZSET-in strateji və akademik prioritetləri əsas götürülməklə gündəlik inzibati işlərin həyata keçirilməsidir.

 

Əsas vəzifə öhdəlikləri

 

Tələbə sorğularının cavablandırılması və kommunikasiya

• AZSET-dəki proqramlara müraciət edən potensial namizəd tələbələrin və artıq qeydiyyatdan keçmiş tələbələrin telefon, e-poçt və şəxsi müraciətləri üçün ilk əlaqə nöqtəsi olmaq

• Daxil olan müraciətləri müvafiq akademik və inzibati əməkdaşlara yönləndirmək

• Qəbul zamanı yarana bilən strukturlaşdırılmış Tez-Tez Verilən Suallar (TVS) və onların cavablarını hazırlamaq və saxlamaq

• Açıq Qapı günlərini, məlumatlandırma sessiyalarını və kampus turlarını planlaşdırmaq və təşkil etmək.

 

AZSET-dəki digər vəzifələrə işə qəbul dəstəyi

• Potensial namizədlərə ilkin zəng etmək, təqdim edilmiş ərizələr üzrə izləmə aparmaq

• Namizəd izləmə qeydlərini saxlamaq və siyahı hazırlanması üçün inzibati dəstək göstərmək

• Müsahibə qrafikini seçim komitəsi ilə koordinasiya etmək.

 

Sənəd dövriyyəsi və planlaşdırma

 

• Daxil olan yazışmaları və rəsmi sənədləri idarə etmək

• Bütün proqram qeydləri üçün nizamlı sənəd arxivləşdirmə sistemlərini (rəqəmsal və fiziki) saxlamaq

• Görüşlərin qrafikini hazırlamaq, gündəlik tərtib etmək, Proqram Direktoru tərəfindən tələb olunduqda protokol yazmaq

• İnstitusional hesabatların, təqdimatların və məktubların hazırlanmasına dəstək olmaq

 

Namizədlər üçün tələblər

• Biznesin idarə edilməsi, İdarəetmə və ya əlaqəli sahə üzrə magistr dərəcəsi

• Azərbaycan və ingilis dillərində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı

• MS Office proqramlarında (Word, Excel, Outlook, PowerPoint) yüksək səviyyəli bilik

• Yüksək təşkilatçılıq qabiliyyəti, eyni vaxtda bir neçə prioritet işləri idarə etmə bacarığı

• İcrada peşəkarlıq, xidmət yönümlü yanaşma, icra zamanı təfərrüatlara diqqət

• Azərbaycanda dövlət ali təhsil müəssisəsi/universiteti inzibati prosedurları ilə tanışlıq

• Tələbələrə yönəlmiş inzibati vəzifələrdə iş təcrübəsi

• Ali təhsil müəssisəsində iş təcrübəsi üstünlük hesab olunur.

 

Müraciət qaydası

Maraqlanan namizədlər aşağıdakı sənədləri PDF formatında ingilis dilində yuxarıda göstərilmiş müvafiq elektron poçt ünvanına göndərməlidir:

 

• Vəzifəyə uyğunluğunu əsaslandıran motivasiya məktubu

• CV

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.