Azərbaycan Texniki Universitetinin (AzTU) Müdafiə sistemləri və texnoloji inteqrasiya kafedrasına müəllim köməkçisi vəzifəsinə vakansiya elan olunur. 

 

Tələblər:

· Ali təhsil: Müvafiq ixtisas üzrə magistr təhsili;

· Təhsil sahəsində ən azı 2 il iş təcrübəsi;

· Azərbaycan dilində akademik yazı qabiliyyəti;

· Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) və elektron sənəd dövriyyəsi sistemlərində işləmə bacarığı;

· Laboratoriya avadanlıqları ilə işləmə bacarığı və onların müvafiq təlimatlara uyğunluğunu yoxlamaq qabiliyyəti;

· Dil biliyi: Yüksək ingilis dili (rus dili arzuolunandır);

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimlərinə assistentlik etmək bacarığı;

· Tətbiqi proqramlardan istifadə bacarığı (müvafiq proqram təminatları və texniki alətlərlə işləmək);

· Güclü şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;

· Koordinasiya etmək bacarığı. 

 

 Vəzifə öhdəlikləri:

· Laboratoriya avadanlıqlarının müvafiq təlimatlara və texniki sənədlərə uyğunluğunu yoxlamaq və onların işlək vəziyyətdə olmasını təmin etmək;

· Laboratoriya işlərini idarə etmək və fənn müəllimləri tərəfindən tədris olunan dərslərdə assistentlik etmək;

· Tələbələrə tədris materiallarının mənimsənilməsində dəstək olmaq və suallarını cavablandırmaq;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak edərək araşdırmalar aparmaq və nəticələri sənədləşdirmək;

· Tətbiqi proqramlardan istifadə edərək laboratoriya və tədris prosesini dəstəkləmək;

· Müəllim və tələbələr üçün zəruri olan akademik və texniki sənədlərin hazırlanmasına kömək etmək;

· Xarici dil biliklərindən istifadə edərək beynəlxalq elmi mənbələri araşdırmaq və tətbiq etmək;

· Kafedranın elmi-tədqiqat işlərində iştirak etmək və elmi araşdırmalar aparmaq;

· Tələbələrə tədris materiallarını mənimsəməkdə dəstək olmaq və onların akademik inkişafına kömək etmək.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət üçün son tarix: 03.11.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.