B2B Satış Mütəxəssisi axtarırıq!
Ofis: Caspian Plaza
Soft10 – sosial media kanallarından gələn mesajları vahid platformada birləşdirərək komandalar üçün effektiv idarəetmə imkanı yaradan, AI chatbot və satış alətlərini özündə birləşdirən SaaS həllidir.
Vəzifələr:
Yeni korporativ müştərilərin tapılması (zəng, sosial media və digər kanallar)
Müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi
Soft10 məhsulunun təqdimatı və satışın bağlanması
Müştəri ehtiyacına uyğun paketlərin təklifi
Satış sonrası müştəri ilə əlaqələrin idarə olunması
Tələblər:
Satışa maraq və yüksək qazanc istəyi
Ünsiyyət və inandırma bacarığı
Aktiv və nəticəyönümlü olmaq
Təcrübə üstünlükdür, lakin əsas şərt deyil
Təklif edirik:
400 AZN sabit maaş
Satışdan bonus və faiz (limitsiz qazanc imkanı)
Sürətli inkişaf və karyera imkanı
Əlavə üstünlük (SaaS modeli):
Soft10 SaaS (abonəlik əsaslı) məhsuldur. Bu o deməkdir ki, siz satış etdiyiniz hər bir müştəri abunəliyini davam etdirdiyi hər ay sizə davamlı gəlir qazandırır.
Bu iş kimlər üçündür:
Maaş yox, yüksək qazanc hədəfləyənlər
Aktiv satış etməkdən çəkinməyənlər
Öz gəlirini nəticəyə görə artırmaq istəyənlər
𝐐𝐞𝐲𝐝:
Sadəcə iş axtaran deyil, satış edib real gəlir qazanmaq istəyən namizədlər müraciət etsin.
CV ilə birlikdə “niyə bu vəzifəyə uyğun olduğunuzu” qısa şəkildə qeyd edərək [email protected] mail ünvanına göndərin.