Bakı Ali Neft Məktəbinin arxivində vakant vəzifə üzrə işə qəbul elan olunur.

 

Vəzifə: Arxivçi

İş yeri: Bakı Ali Neft Məktəbinin kampusu

İş qrafiki: Həftədə 5 gün (bazar ertəsi – cümə)

İş saatları: 09:00 – 18:00

İstirahət günləri: Şənbə və bazar

 

Namizədlərə tələblər:

-Ali təhsil;

-Arxiv işi sahəsində minimum 1 il iş təcrübəsi;

-Rəsmi sənədlərlə işləmə bacarığı;

-MS Office proqramlarında işləmək bacarığı;

-Dəqiq, intizamlı, məsuliyyətli və məxfiliyə riayət edən olmaq.

 

Vəzifə öhdəlikləri:

-Arxiv sənədlərinin qəbulu, uçotu, sistemləşdirilməsi və saxlanılmasının təmin edilməsi;

-Sənədlərin müvafiq normativ-hüquqi aktlara uyğun olaraq arxivləşdirilməsi;

-Fiziki və elektron arxiv fondlarının yaradılması və yenilənməsi;

-Arxiv sənədlərinin qorunması, istifadəsi və məxfiliyinin təmin edilməsi;

-Sorğular əsasında arxiv sənədlərinin axtarışı, hazırlanması və təqdim edilməsi;

-Sənədlərin müəyyən olunmuş qaydalara uyğun olaraq arxivə təhvil-təsliminin həyata keçirilməsi;

-Arxiv işi üzrə hesabatların hazırlanması;

-Arxiv fəaliyyəti ilə bağlı digər struktur bölmələrlə əməkdaşlığın qurulması.

 

Arxiv işi sahəsində təcrübəsi olan namizədlər müraciət edə bilərlər.

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini mövzu sətrində “Arxivçi” qeyd etməklə

 [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Son müraciət tarixi: 12 fevral 2026-cı il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.