İlin son və ən gözlənilən debat layihəsi olan “Bakı Gənclər Debat Forumu: Qış, 2021" həyəcanı başlayır!
25-26 dekabr tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, Coca-Cola Fondu və “Global Water Challange” nəzdində fəaliyyət göstərən “New World” Proqramının tərəfdaşlığı, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı ilə Milli Debat Proqramı çərçivəsində AzTU - Azerbaycan Texniki Universitetində "Bakı Gənclər Debat Forumu: Qış, 2021" keçiriləcək.
Forumun mövzusu: “Dövlətlərin qlobal su böhranının həlli istiqamətində atdığı addımlar özünü doğruldur”
Forumda azərbaycan və rus bölmələri üzrə hər biri 3 nəfərdən ibarət komandalar iştirak edəcək.
#BGDF2021-da iştirak edəcək bütün gənclərə uğurlar arzulayırıq!
Son qeydiyyat tarixi: 22.12.2021, saat 22:00
Forum əsasnaməsi və mövzu üzrə minimal paket qeydiyyatdan keçən komandalara göndəriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.