“Bakı Marafonu 2026” Könüllülük Proqramı
“Regional İnkişaf” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Bakı Marafonu 2026” Könüllülük Proqramına qeydiyyat başlayıb!
Bakı Marafonu 2026-da könüllü olaraq iştirak edib unudulmaz bir təcrübə qazanmaq, yeni dostluqlar qurmaq, böyük komandanın bir parçası olmaq və ölkənin ən möhtəşəm idman tədbirlərindən birində aktiv rol almaq istəyirsinizsə — bu fürsəti qaçırmayın!
Qeydiyyat üçün son tarix: 28 fevral, saat 23:59
Proqrama qoşulmaq istəyən 16–29 yaş aralığında olan gənclər elanda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeyd:
Link yalnız 16–29 yaş aralığında olan gənclər üçün nəzərdə tutulub.
Müsahibə mərhələsindən uğurla keçən könüllülər üçün marafona hazırlıq məqsədilə xüsusi təlimlər və görüşlər təşkil olunacaq.
Əlavə məlumat üçün Marafon və “Regional İnkişaf” İctimai Birliyinin sosial şəbəkə hesablarını izləyə və ya 150 Çağrı Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.
İndi qoşul, enerjini hiss etdir və Bakı Marafonu 2026 tarixinin bir parçası ol!