Bakı Metropoliteni qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir. 

 

Bu fürsət sizə gələcək karyeranızı metropolitendə qurmaq imkanı yaradacaq!

 

Proqram sizə nə qazandıracaq?

6 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə minimum aylıq əmək haqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı

 

Biz kimləri axtarırıq?

 Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri

Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı

 Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

 

Seçim prosesi necə aparılır?

İxtisas üzrə test imtahanı

 Ətraflı müsahibə

 Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

 

 

Metropoliten sizə nə vəd edir?

Metropolitendən ödənişsiz istifadə

Nahar (güzəştli)

 

Müraciət üçün:

 

Metropolitenin “hr.metro.gov.az” portalında müvafiq təcrübə proqram üzrə link vasitəsilə  qeydiyyatdan keçə bilərsiniz.

 

Müraciət üçün son tarix: 31 dekabr 2025-ci il

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.