“Bakı Metropoliteni” QSC-də maaşlı yay təcrübə proqramı
Sən də gələcəyin şəhər nəqliyyatını formalaşdıran komandanın bir parçası ol!
“Bakı Metropoliteni” QSC “MetroGreen” və “MetroTech” layihələri çərçivəsində 3 aylıq ödənişli (Maaşlı) yay təcrübə proqramı elan edir!
Bu proqram iştirakçılara real layihələr üzərində işləmək, təcrübəli mentorlarla biliklərini inkişaf etdirmək və gələcək karyerası üçün faydalı dəstək almaq imkanı yaradacaq.
Layihələr hansı nəzəri və praktik təcrübələr vəd edir?
"MetroGreen" – Dayanıqlılıq və strateji inkişaf:
• ESG (ekoloji, sosial və idarəetmə) meyarları üzrə tədqiqatlar
• Davamlı inkişaf strategiyalarının hazırlanmasında iştirak
• Sahə gəzintiləri və real ekoloji təşəbbüslərlə tanışlıq
"MetroTech" – Rəqəmsal data və analitika:
• Real göstəricilər üzərində data təhlili və vizuallaşdırma
• İnnovativ texnologiya və rəqəmsal layihələrdə iştirak
• Analitik hesabatların hazırlanması və təqdimatında iştirak
Axtardığımız namizəd necə olmalıdır?
– Müvafiq ixtisas üzrə bakalavr pilləsinin 4-cü kursunda və ya magistr pilləsində təhsil alan tələbələr, o cümlədən son 2 ildə məzun olmuş gənclər;
– Minimum GPA: 80/100;
– İngilis dili biliyinin olması arzuolunandır;
– Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.
İştirakçıları nələr gözləyir?
Aylıq təqaüd
Ödənişsiz nahar
Metrodan pulsuz istifadə
Ekspertlərlə “networking” və praktiki biliklər
Karyera imkanları
Məkan: “Bakı Metropoliteni” QSC – Texnoloji Korpus, 28 May
Müddət: İyun – Avqust 2025
Son müraciət tarixi: 26 may 2025
Müraciət üçün CV-lərinizi göndərin: [email protected]