Bakı Metropoliteni yol təsərrüfatı mühəndisi vəzifəsi üzrə təcrübə proqramı elan edir!

 

Metropolitenin yol infrastrukturunun planlaşdırılması, qurulması və istismarı sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

 

Proqram sizə nə qazandıracaq?

3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim

Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi

Təcrübə dövründə aylıq əməkhaqqı

Təcrübənin sonunda davamlı işə qəbul imkanı

 

Biz kimləri axtarırıq?

Cinsindən asılı olmayaraq, yaşı 22-30 arası olan gənclər

Təhsili nəqliyyat mühəndisliyi və dəmiryolu təsərrüfatı üzrə olan məzunlar

 

Seçim prosesi necə aparılır?

İxtisas üzrə test imtahanı

Müsahibə

Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər

 

Metropoliten sizə nə vəd edir?

Nahar (güzəştli)

Metropolitendən ödənişsiz istifadə

Müraciət üçün Bakı Metropoliteninin “[email protected]” e-mail ünvanına “Yol təsərrüfatı mühəndisi” başlığını qeyd etməklə CV göndərə bilərsiniz. 

 Müraciət üçün son tarix: 31 avqust 2025

Uğurlar!

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.