BSU-da vakansiya!
Bakı Slavyan Universiteti (BSU) Rus dili kafedrası üzrə laborant vəzifəsinə vakansiya elan edir!
Vəzifə öhdəlikləri:
* Kafedranın bütün idarə və təşkilati işlərinin icrasını təmin etmək;
* Kafedranın tədris və elmi fəaliyyətinin təşkilində iştirak etmək;
* Tədris məşğələlərinin gedişində müəllimlərə dəstək göstərmək;
* Dərs qrafiklərinin hazırlanması və tənzimlənməsini həyata keçirmək;
* Kafedra iclaslarının protokollarını hazırlamaq;
* Açıq dərslərin qrafikinin tərtib olunmasını təmin etmək;
* Əməkdaşların fərdi təqvim planlarının və sillabusların (Forma 5) hazırlanmasını və təhvil verilməsini təşkil etmək;
* Müəllimlərin aylıq davamiyyət tabelinin hazırlanmasını təmin etmək;
* İmtahan sessiyası üçün sualların və biletlərin hazırlanmasına nəzarət etmək və vaxtında dekanlığa təqdim olunmasını təmin etmək.
Namizəd üçün tələblər:
* Ali təhsil (magistratura səviyyəsi);
* Tədris və elmi fəaliyyətin təşkili üzrə biliklər;
* MS Office proqramlarında işləmək bacarığı;
* Yüksək kommunikasiya, məsuliyyətli və komanda ilə işləmək bacarığı;
* Analitik düşünmə qabiliyyəti;
* Azərbaycan və rus dillərində sərbəst yazmaq, oxumaq və ünsiyyət qurmaq bacarığı.
İş qrafiki: 5 günlük iş həftəsi, 09:00 – 18:00
Son müraciət tarixi: 08.05.2026
Müraciət: CV-lər Azərbaycan dilində, mövzu hissəsində “Laborant” qeyd olunaraq [email protected] ünvanına göndərilməlidir.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Universitetin məzunlarına üstünlük veriləcəkdir.