Bakıda Ay tutulması!
Sentyabr ayının 7-si, bazar günü, Bakı səmasında Ay tutulması astronomik hadisəsi baş verəcək. Həmin hadisəni bizimlə müşahidə edin. Teleksoplarla müşahidə, izahedici söhbətlər və elmi çıxışlar sizi gözləyir.
Məkan: Park Bulvar AVM, 3-cü mərtəbə, balkon
Vaxt: 07 sentyabr, saat 20:30
Giriş: Ödənişsizdir
Məlumat: Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Azərbaycanda Astronomiya Təhsilinin Təşviqi” layihəsi çərçivəsində “Həvəskar Astronomlar Cəmiyyəti” ictimai birliyi tərəfindən təşkil olunur. Tədbirin təşkilində Park Bulvar AVM, Tusi-Bohm Planetariumu, Bakı Dövlət Universiteti və Şamaxı Astrofizika Rəsədxanası iştirak edirlər.