Baku Process Youth Simulation – İştirakçılar üçün qeydiyyat açıqdır!
Baku Process Youth Simulation – Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu (Baku Process) çərçivəsində həyata keçirilən beynəlxalq gənclər təşəbbüsüdür.
Bu təşəbbüs Azərbaycan və tərəfdaş ölkələrdən olan gəncləri bir araya gətirərək real beynəlxalq müzakirələrin simulyasiyasını təqdim edir.
İştirakçılar müxtəlif rollar üzrə çıxış edir, debatlarda iştirak edir və ortaq nəticələrə gəlirlər.
Tədbirin əsas məqsədi mədəniyyətlərarası ünsiyyəti gücləndirmək və iştirakçıların dialoq bacarıqlarını inkişaf etdirməkdir.
Eyni zamanda, iştirakçılar müzakirələr əsasında hazırlanacaq yekun sənədin formalaşdırılmasında aktiv rol oynayacaqlar.
Ən aktiv iştirakçılar Baku Process Ambassadors kimi seçilərək gələcək beynəlxalq təşəbbüslərə cəlb olunacaqlar.
Məkan: Bakı, Azərbaycan
Son müraciət tarixi: 5 aprel 2026, saat 23:59
Qeydiyyat üçün: