Bank Avrasiya "İnkassator" vəzifəsi üzrə vakansiya elan edir.
Namizədlər üçün irəli sürülən tələblər:
• Ali təhsil
• Bu sahədə ən azı 2 il iş təcrübəsi (Bank sahəsində təcrübə arzuolunandır)
• Həqiqi hərbi xidmət;
• Sürücülük vəsiqəsi (BC kateqoriya, rəsmi təcrübəsi ən azı 3 il)
• Mükəmməl Azərbaycan dili;
• Nəğd pulla intensiv işləmə bacarığı;
• Gərgin iş qrafikində işləmək bacarığı;
• İşində səliqəlilik, məsuliyyətlilik, operativlik, dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Ünsiyyətqurma və komandada işləmək bacarığı
Vəzifə öhdəlikləri:
• Müşayiətedici sənədlərə uyğun olaraq kassa qovşağından qiymətliləri qəbul etmək.
• Qablaşdırmanın bütövlüyünü yoxlamaq.
• Qurğuların, müvafiq nəqliyyat növlərinin sanitar vəziyyətinə, daşınma üçün təyin olunmuş yükləmə-boşaltma işlərinin düzgünlüyünə, yüklərin qorunmasına və yerləşdirilməsinə nəzarət etmək.
• Yüklərin təyin olunmuş yerə çatmasını müşayiət etmək, onların nəql edilməsi zamanı briqada ilə birlikdə lazım olan mühafizə rejimini həyata keçirmək.
• Gətirilmiş yükü təhvil vermək, qəbul-təhvil sənədlərinin rəsmiləşdirilməsində iştirak etmək. Lazım olduqda çatışmamazlıq, korlanma aktlarının və başqa sənədlərin tərtib olunmasında iştirak etmək.
• İstifadəsində olan nəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin iş rejimini və xüsusi iş şərtlərini bilmək, onun bu rejim üzrə istismarına və texniki xidmətlərinə daim hazır olmaq;
• İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;
• Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək.
Xahiş olunur mövzu hissəsində İnkassator vəzifəsini qeyd edib CV [email protected] ünvanına göndərəsiniz.