BANM İnnovasiyalar mərkəzi işçi elanı
Vəzifə: Startapların inkişafı və sənaye əlaqələri üzrə mütəxəssis
İş yeri: Bakı Ali Neft Məktəbi İnnovasiyalar Mərkəzi
İş rejimi: Tam ştat
Haqqımızda:
BANM İnnovasiya və Tədqiqatlar Mərkəzi universitetdə innovasiya ekosisteminin inkişafını, tələbə və tədqiqatçıların startap təşəbbüslərinin dəstəklənməsini, eləcə də universitet–sənaye əməkdaşlığının gücləndirilməsini hədəfləyir. Mərkəz müxtəlif hackathonlar, inkubasiya proqramları, texnoloji layihələr və sənaye tərəfdaşlıqları vasitəsilə innovativ ideyaların real məhsul və xidmətlərə çevrilməsinə dəstək göstərir.
Əsas vəzifə və öhdəliklər:
• Yerli və beynəlxalq universitetlər, sənaye müəssisələri, startaplar və digər tərəfdaşlarla
əməkdaşlıqların qurulmasına və inkişafına dəstək göstərilməsi
• Potensial tərəfdaşlar, investorlar və ekosistem iştirakçıları ilə əməkdaşlıq imkanlarını araşdırmaq
• Universitet daxilində formalaşan startap ideyalarının və layihələrinin inkişafına dəstək göstərmək
• Birgə innovasiya, elmi-tədqiqat və pilot layihələrin hazırlanması və icrasında iştirak
• Qrant, innovasiya və elmi-tədqiqat və inkişaf proqramları üzrə layihə sənədlərinin
hazırlanması prosesində iştirak
• Startap inkubasiya və akselerasiya proqramlarının, workshopların və hackathonların təşkili və icrasına dəstək
• Təlimlər, seminarlar, hakatonlar və innovasiya tədbirlərinin hazırlanması və
keçirilməsində iştirak
Tələblər:
• Ali təhsil (mühəndislik, iqtisadiyyat, menecment, innovasiya və ya əlaqəli sahələr üzrə)
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
• İnnovasiya və startap ekosistemi ilə tanışlıq
• Layihə sənədləri ilə işləmək bacarığı
• Güclü kommunikasiya və tərəfdaşlıq qurma bacarığı
• İngilis dili biliyi
• Ünsiyyət qurmaq, komandada işləmək və analitik düşünmək bacarığı
Üstünlük verilir:
• Qrant və beynəlxalq layihələrdə iştirak təcrübəsinə
• Əməkdaşlıqların qurulması sahəsində iş təcrübəsi
• Startap, inkubator və ya innovasiya mərkəzində iş təcrübəsinə
Maraqlanan namizədlərdən 10 aprel 2026-cı il tarixinədək öz CV-lərini
[email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur