Baş Mühasib Vakansiyası

 

Əsas vəzifə və öhdəliklər:

Balans, Mənfəət və Zərər, dövlət qurumlarına olan hesabatları vaxtında tərtib və təqdim etmək;

Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarını hazırlamaq;

Əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;

Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək;

Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin bölmə işçilərinə rəhbərlik etmək;

Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;

Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi,

Kreditor və debitorlarla hesablaşmalara nəzarət etmək;

Əmək haqqı, məzuniyyət və ezamiyyələri hesablamaq;

Mühasibatlıq fəaliyyəti ilə bağlı bütün sənəd dövriyyəsinin prosedura uyğun təşkil və nəzarət etmək.

Tələb olunan :

Ali təhsil - Maliyyə üzrə mütləqdir; 

Qeyd olunan vəzifə üzrə azı 5 (beş) il iş təcrübəsi.

Peşakar mühasib sertifikatı mütləqdir

Komandamıza qoşulmaq üçün CV formasını [email protected] elektron poçt ünvanında gözləyirik!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.