"Gəmi Təmir Tikinti" ASC-nə Baş mühasib axtarılır.

 

 Vəzifə öhdəlikləri:

 1. Müəssisənin mühasibat uçot sistemini qurmaq və idarə etmək.

 2. Maliyyə hesabatlarının (Balans, Mənfəət və zərər, Pul vəsaitlərinin hərəkəti və s.) hazırlanmasını təşkil etmək.

 3. Vergilər üzrə (ƏDV, gəlir vergisi, mənfəət vergisi, sosial sığorta, DSMF və s.) hesabatların düzgün tərtibini və təqdim edilməsini təmin etmək.

 4. Müəssisədə aktivlərin, öhdəliklərin, gəlir və xərclərin uçotunun aparılmasına nəzarət etmək.

 5. Kassa, bank, debitor-kreditor əməliyyatlarını idarə etmək və onların uçotunu yoxlamaq.

 6. Əməkhaqqı hesablamalarının düzgünlüyünə nəzarət göstərmək.

 7. Mühasibat sənədlərinin (qaimələr, aktlar, müqavilələr və s.) qanunvericilik tələblərinə uyğunluğunu təmin etmək.

 8. İlkin sənədlərin düzgün rəsmiləşdirilməsinə nəzarət.

 9. Audit yoxlamalarının aparılması zamanı auditorlarla qarşılıqlı işləmək.

 10. Şirkətin büdcə planlaşdırılmasında iştirak etmək və maliyyə analizi aparmaq.

 11. Aylıq, rüblük və illik maliyyə göstəricilərinin rəhbərliyə təqdim edilməsi.

 12. Mühasibatlıq şöbəsinin işçilərinə rəhbərlik etmək və iş bölgüsünü təşkil etmək.

 13. Elektron sistemlərdə (E-taxes, E-gov, DƏDRX, E-qaimə, əmək müqaviləsi bildirişləri və s.) əməliyyatlara nəzarət.

 Tələblər:

 Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə)

 Vergi qanunvericiliyi və Mühasibat uçotu sahəsində yüksək biliklərə sahib olmalıdır;

 PMS, (ACCA F3/FA) – Maliyyə uçotu sertifikatı arzuolunandır;

 Baş mühasib olaraq minimum 5 il iş təcrübəsi;

 Azərbaycan əla, rus və ingilis dili arzuolunandır;

 Güclü analitik düşüncə və operativ qərarvermə bacarığı;

 1C 8.3 və MS Excel ilə işləmə bacarığı mütləqdir;

 

 İş şəraiti:

 İş saatı: İş qrafiki: Həftə içi 5 gün saat 08:00-17:00. Şənbə, bazar istirahət günləri.

 Əmək haqqı 2000-2500 azn

 Nəqliyyat xidməti və nahar şirkət tərəfindən təmin olunur.

 Ünvan: Səbayıl rayonu, Salyan şosesi 12

 Maraqlanan namizədlər öz Cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.