Caspian Event Organisers MMC şirkəti Baş Mühasib vəzifəsi üçün namizədlər axtarır.
ŞİRKƏT HAQQINDA:
Caspian Event Organisers Xəzər regionunda ən böyük sərgilər və konfransları təşkil edən şirkətdir. Hər il şirkət Azərbaycanda 20-dən çox ticarət sərgisi və konfranslar keçirir.
TƏCRÜBƏ VƏ BACARIQLAR:
• Maliyyə üzrə ali təhsil;
• 3 ildən artıq baş mühasib vəzifəsində çalışmaq;
• Dil bilikləri: Azərbaycan, Rus, İngilis;
• Gərgin iş rejimində işləmə bacarığı və stressə davamlılıq.
• PMS sertifikatının olması vacibdir. (2025-ci ilin sonuna qədər);
• ACCA FR, FA, IFRS sertifikatlarının olması üstünlükdür;
TƏLƏBLƏR:
• Qanunvericiliyə və mühasibat uçotu haqqında qanuna uyğun olaraq müəssisənin mühasibat uçotunun dəqiq aparılması;
• Bank hesablarına nəzarət və ödənişlərin həyata keçirilməsi;
• Təhtəl hesab, avans, ezamiyyə hesabatlarının aparılması;
• Hesabların müxabirləşməsini nəzərdən keçirmək və araşdırmaq;
• Ayın / İlin bağlanmasının koordinasiya edilməsi;
• Bütün növ əmək ödənişlərinin qanunvericiliyə uyğun hesablanması və ödənişlərin həyata keçirilməsi;
• Dövlət Vergi Xidmətinə ünvanlanacaq bütün məktub, ərizə və müraciət formalarının tərtibi və icrasına nəzarət edilməsi;
• Dövlət Vergi Xidmətindən gələn məktubların cavablandırılması;
• Vergi hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• Statistika Hesabatlarının aylıq, rüblük və illik təqdim edilməsi;
• DSMF hesabatlarının təqdim edilməsi;
• Maliyyə hesabatlarının beynəlxalq standartlarına (IFRS) uyğun hesabatların hazırlanması;
• Cash Flow, P&L, Balance Sheet hesabatlarının təqdim edilməsi.
Maraqlanan namizədlərdən xahiş olunur ki, CV-lərini "Chief Accountant" (Baş Mühasib) mövzusunu göstərərək [email protected] ünvanına göndərsinlər.