İşəgötürən:İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Vəzifə:Baş mütəxəssis/məsləhətçi (Front-end Developer istiqaməti üzrə) Şöbə:Proqramlaşdırma şöbəsi Vəzifə öhdəlikləri:
  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
  • Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
  • Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyy
    əsində mənimsənilməsində birbaşa iştirak;
  • Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak;
Vəzifə üçün tələblər:
  • Kompüter elmləri və ya digər əlaqəli sahədə ali təhsil
  • Komputer Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər
  • HTML5, CSS 3, Bootstrap, jQuery, JavaScript və TypeScript bilikləri
  • Angular və ya əlaqəli texnologiylar ilə minimum 2-3 il təcrübə
  • Angular Universal ilə SSR tətbiqi təcrübəsi
  • RESTful, JSON, Git və s. ilə təcrübə
  • Test-Driven Development ilə tanış olması arzuolunandır
  • Javascript Testing Frameworks haqqında bilik və təcrübə arzuolunandır (Jest, MochaJs və s.)
  • Docker texnologiyası ilə deployment prosesinin aparılması haqqında məlumatlılıq və müvafiq təcrübə arzuolunandır
  • Sürətli, səliqəli və anlaşılan kod yazmaq bacarığı
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək istəyi
  • Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı
Maraqlanan namizədlər CV-lərini “Front-end Developer” başlığı ilə 19 noyabr 2021-ci il tarixinədək[email protected] e-mail ünvanına göndərə bilərlər. Müraciət olunan vəzifənin adı qeyd edilməlidir. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Rəqabətədavamlı əmək haqqı.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.