Medco Hospital Group olaraq Bazar araşdırması üzrə təcrübəçi vakansiyasına müraciətləri qəbul edirik.
Bu proqram sizə aşağıda göstərilən imkanları təqdim edir:
- Klinikalar və tibbi xidmət bazarı haqqında praktiki bilik;
- Rəqib analizi, qiymət araşdırması və xidmət müqayisəsi aparmaq bacarığı;
- Məlumat toplama, sistemləşdirmə və hesabat hazırlama təcrübəsi;
- Excel/Sheets-də analitik işləmə bacarıqlarının inkişafı;
- Marketinq şöbəsi ilə komanda şəkildə çalışma təcrübəsi;
- Tibbi sektorun trendləri və xidmət standartları ilə tanışlıq;
- Uğurlu təcrübədən sonra daimi işlə təmin olunma şansı.
Tələblər:
- Bəy namizədlərə üstünlük verilir;
- Ali və ya Orta ixtisas təhsili (Tibb, Marketinq, Biznes, İqtisadiyyat, Idarəetmə üstünlükdür);
- Azərbaycan dilində səlis nitq, İngilis dili (xüsusilə araşdırmalar üçün);
- Kompüter və ofis proqramlarında işləmə bacarığı;
- Stresə davamlılıq və komanda ilə işləmə bacarığı;
- Öyrənməyə maraqlı və inkişaf yönümlü.
Tibb sahəsində peşəkar komanda ilə çalışaraq bilik və təcrübə qazanmaq istəyən namizədləri təcrübə proqramına qoşulmağa dəvət edirik.
Maraqlananlar [email protected] e-mail ünvanına “Bazar araşdırması üzrə Təcrübəçi” başlığı ilə CV göndərərək müraciət edə bilər.