Azərbaycan Texniki Universitetinin (AzTU) Yüksək Təhsil İnstitutunun Beynəlxalq Biznes Məktəbinə inzibati işlər üzrə mütəxəssis (Akademik Məsləhətçi) vəzifəsi üzrə vakansiya elan edilir.

 

Tələblər:

Biznes idarəçiliyi, menecment, iqtisadiyyat, İKT yaxud mühəndislik sahələri üzrə magistr dərəcəsi;

Ali təhsil sahəsində minimum 1 il iş təcrübəsi;

“Təhsil haqqında” Qanun, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin və onun nəzdində olan qurumların aidiyyəti sənədləri barədə məlumatlı olmaq;

Dil bilikləri: Rus, ingilis və s. xarici dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;

Ms Office proqramları üzrə biliklər;

Güclü ünsiyyət və dinləmə bacarıqları;

Yaxşı təşkilatçılıq və analitik düşünmək;

Məlumatların məxfiliyini qorumaq qabiliyyəti. 

 

Əmək funksiyaları:

 

Tələbələrə fərdi tədris planlarının hazırlanmasında köməklik göstərilməsi və şəxsi vərəqələrin hazırlanması;

Tələbələrin suallarının operativ cavablandırılması;

AzTU-nun Elektron Təhsil Sisteminə tələbələrlə bağlı məlumatları daxil etmək və izləmək;

AOİTAS (Ali və ORTA İxtisas Təhsili Alt Sistemi) sistemində bütün növ məlumatları işləmək;

Elektron jurnallarda müvafiq qeydlərin (davamiyyət, sərbəst işlərdə və seminar məşğələlərində qiymətləndirmə və s.) vaxtlı-vaxtında aparılmasına nəzarət edilməsi;

Tədrislə bağlı zəruri sənədlərin hazirlanması və kompüter emalını həyata keçirmək;

Semestr üzrə dərs, imtahan cədvəllərinin hazırlanmasına dəstək;

Auditoriyalara mütəmadi nəzarət və yaranan texniki problemlərə dəstək göstərilməsi;

Diplom əlavələrinin hazırlanması;

Sessiya imtahanlarının təşkilində iştirak;

Akademik transkriptlərin hazırlanması;

Yay semesterinin təşkilində iştirak.

 

Tələblərə uyğun namizədlər mövzu yerində mövcud vakansiya adını qeyd etməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

 

 Müraciət üçün son tarix: 15.10.2025

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.