Şöbə: Beynəlxalq Əlaqələr Şöbəsi, Xəzər Univetsiteti

 

Vəzifə: Koordinator

 

Minimum tələblər:

Bakalavr dərəcəsi;

Magistratura dərəcəsi (üstünlükdür);

Azərbaycan və İngilis dilində səlis danışıq və yazı bacarığı;

MS Office proqramlarında mükəmməl işləmək bacarığı;

Effektiv ünsiyyət və təşkilatçılıq bacarığı;

Təfsilatlara fikir vermək, öhdəlikləri vaxtında icra etmək, vaxtı idarə etmək bacarığı;

Müstəqil və komanda işinə uyğulaşma, sürətli mənimsəmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

Xarici tərəfdaşlarla danışıqların aparılması;

Əcnəbi tələbələrin qəbulu və cəlb olunması istiqamətində keçirilən fəaliyyətlərin koordinasiyası;

Əcnəbi tələbələr və əcnəbi heyət üçün qeydiyyat, yaşayış/yataqxana ilə təminat, qarşılanma və digər zəruri xidmətlərin əlaqələndirilməsi;

Əcnəbi tələbələrlə əlaqəli məsələlərdə universitetin digər struktur bölmələri və şöbələri ilə sıx əməkdaşlığın təmin edilməsi;

Şöbənin icra etdiyi digər fəaliyyətlərdə iştirak edilməsi.

Uyğun namizədlər 2025-ci il avqustun 25-dək öz CV-lərini “Coordinator at International Affairs Office” mövzusu ilə aşağıdakı emailə göndərə bilərlər: [email protected] 

 

Gecikmiş müraciətlər nəzərə alınmayacaq. Ancaq seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

 

Ünvan: Xəzər Universiteti (Neftçilər Kampusu) Məhsəti küç. 41, AZ1096, Bakı, Azərbaycan

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.