Azərbaycan Dövlət Bədən Tərbiyyəsi və İdman AkademiyasıBeynəlxalq əlaqələr şöbəsinin müdiri” vakansiyası üzrə işə qəbul elan edir. Vəzifə öhdəlikləri: • Beynəlxalq əlaqələrin möhkəmləndirilməsi, təhsil müəssisəsinin beynəlxalq səviyyədə brendinin formalaşdırılması və inkişafı yolunda mütəmadi olara səmərəli işlərin görülməsi; • Xarici tərəfdaş ali təhsil müəssisələri ilə professor-müəllim və tələbə heyətinin mübadiləsinin təşkilinin təmin edilməsi; • İkitərəfli ali təhsil müəssisələrinin mobillik müqavilələri, Erasmus Mundus, TEMPUS, Erasmus + kimi müxtəlif mobillik proqramları vasitəsi ilə işçi, tələbə heyəti və tədqiqatçı mobilliyinin inkişaf etdirilməsi və idarə edilməsi; • Beynəlxalq tərəfdaş sayılan ali təhsil müəssisələri ilə müqavilələrin hazırlanması; • Akademiyanın beynəlxalq sərgilərdə, konfranslarda, yerli və xarici təhsilə dair tədbirlərdə təmsil olunması; • Akademiya daxilində beynəlxalq konfranslar, seminarlar və digər tədbirlərin təşkili; • Təhsil siyasətinin inkişafı naminə layihələrin həyata keçirilməsi; • Akademiyanın beynəlxalq akkreditasiyasından keçməsinə hazırlıq; • Beynəlmiləlləşmə strategiyasının həyata keçirilməsi və fəaliyyət planının yaradılması; • Əməkdaşların beynəlxalq ezamiyyələrinin rəsmiləşdirilməsinin təmin edilməsi; • Beynəlxalq əməkdaşlıq üzrə tələbələr üçün yaradılmış imkanların genişləndirilməsi və idarə edilməsi; • Əcnəbi vətəndaşlarla işlərin aparılması; Əcnəbi vətəndaşların Akademiyada təhsil almalarının təşkili; • Xarici tə
hsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulması; • Xarici vətəndaşlarla iş, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması; • Gündəlik sənədləşmə işinin aparılması; mütəmadi olaraq müxtəlif sorğuların cavablandırılması; • Xərici ölkələrdən cəlb olunmuş professor-müəllim heyətinin sənədləşmə işinin aparılması; • Rəhbərliyin digər tapşırıqlarının icra olunması. Namizədə dair tələblər: • Təhsil sahəsində beynəlxalq əlaqələr üzrə praktik iş təcrübəsi - ən azı 5 il; • Aidiyyəti ali magistr təhsili; • Siyasi elmlər, beynəlxalq münasibətlər, beynəlxalq təcrübə, innovativ layihələr, habelə beynəlxalq tendensiyalar sahəsi üzrə biliklər; • Azərbaycan, ingilis və rus dillərin səlis bilmək və işgüzar yazışmalar aparmaq qabiliyyəti; • MS Office daxil olmaqla kompüter bacarıqları; • Diplomatiya və məxfilik daxil olmaqla mükəmməl şəxsiyyətlərarası yazılı və şifahi ünsiyyət bacarıqları; • Dəqiqlik, məsuliyyət, operativlik, təşəbbüskarlıq, detallara diqqət yetirmək, güclü kommunikasiya qabiliyyəti və komandada işləmək bacarığı. İş şərtləri: • Həftə içi 5 gün: 09:00 – 18:00-dək , (nahar vaxtı saat 13:00-14:00). • Əmək haqqı – razılaşma yolu ilə • Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98 Son müraciət tarixi:15.08.21 Qeyd olunmuş tələblərə cavab verən şəxslər CV formasını “[email protected]” elektron ünvanına göndərərək “mövzu” xanasına vakant vəzifənin adını qeyd etməlidirlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.