TƏBİB tabeliyində olan “Yardımlı Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Biomedikal sahəsi üzrə mühəndis vəzifəsi üzrə vakant yer elan edir:

 

Mövcud iş yeri:

▪️ Yardımlı Rayon Mərkəzi Xəstəxanası

 

Əmək haqqı:

Əmək haqqı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

▪️ Ali təhsil (sahə üzrə)

▪️ Sahə üzrə minimum 1 il iş təcrübəsi

▪️ Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə)

▪️ Sertifikat: sahə üzrə (arzuolunan)

 

 İşin təsviri:

▪️ Tibbi cihaz və avadanlıqların quraşdırılması, test olunması, baxımı, təmiri və kalibrasiyalarının edilməsi;

▪️ İstismar müddətini başa vurmuş, köhnəlmiş və istifadəyə yararsız tibbi cihaz və avadanlıqların təyin edilməsi;

▪️ Yeni alınan tibbi cihaz və avadanlıqların təmsilçi şirkətin iştirakı ilə quraşdırılma, kalibrasiya və test işlərinə nəzarət edilməsi;

▪️ Tibbi cihaz və avadanlıqların ehtiyat hissə və sərf ləvazimatlarının illik tələbnamələrinin formalaşdırılması.

 

 Müraciət qaydası:

▪️ CV [email protected] ünvanına göndərilməlidir;

▪️ Mövzu sətrində “Yardımlı RMX – Biomedikal sahəsi üzrə mühəndis” qeyd olunmalıdır;

▪️ CV-lər 22 yanvar 2026-cı il tarixinə qədər göndərilməlidir.

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.