“Dəyərlərimizə uyğun namizədləri AFB Bank komandasına qoşulmağa dəvət edirik.”
Dəyərlərimiz:
Müştəriyönümlülük
Nəticəyönümlülük
Tam sahiblənmə
Davamlı inkişaf
Şəffaflıq
Vakansiya: Biznes Məhsulların İdarəetməsi üzrə Aparıcı Mütəxəssis / Baş Mütəxəssis
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
İqtisadiyyat, maliyyə, biznes və ya əlaqəli sahələr üzrə ali təhsil;
MS Office (xüsusilə Excel) və Oracle SQL bilikləri;
Azərbaycan dilində sərbəst danışıq bacarığı, ingilis və rus dilini bilmək arzu olunandır;
Bank sektoru və korporativ bank məhsulları üzrə məlumatlılıq;
Strateji və kreativ yanaşma.
İŞİN TƏSVİRİ:
Korporativ məhsullar üzrə analitik təhlillərin aparılması;
Bazar araşdırmasını həyata keçirmək və bankın mövcud məhsulları ilə müqayisə etmək;
Məhsul keyfiyyətinin yüksəldilməsi üçün prosedurları yenidən gözdən keçirmək, yaxşılaşdırılmasını dəstəkləmək üçün bankın müxtəlif strukturları ilə əməkdaşlıq etmək;
Planlaşdırılmış və mövcud layihələri idarə etmək;
Yeni və mövcud məhsullar üzrə hesabatların,təqdimatların hazırlanması, yenilənməsi və bankdaxili təqdimatların keçirilməsi;
Məhsulun yaradılması üzrə biznes tələb hazırlamaq və bu prosesi idarə etmək;
Yeni və mövcud məhsulların marketinqini həyata keçirmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Biznes məhsulların idarəetməsi üzrə aparıcı mütəxəssis/ baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.