Əlavə məlumat üçün aşağıdakıları diqqətlə oxuyaq! Oktyabrın 26-dan 29-dək Abşeron KOB İnkişafı Mərkəzi (KOBİM) tərəfindən mikro, kiçik və orta sahibkarlar və yeni biznesə başlayanlar üçün "Biznes planın hazırlanması" mövzularındaonlayntəlimlər keçiriləcək. Təlimlərdə AbşeronKOBİM-in eksperti Rauf Əliyev aşağıdakı mövzulardan danışacaq: ✅Biznes planın sinifləri; ✅Biznes subyektinin təşkilati-hüquqi və mülkiyyət formaları; ✅İnvestisiyanın müəyyənləşdirilməsi və maliyyələşmə mənbələri; ✅İşçilərin müqavilə formaları və əməkhaqqıların hesablanması; ✅Amortizasiya kartının hesablanma metodikası; ✅Təşkilati Plan;
✅Məhsul və ya xidmətin istehsal planı və satış üzrə proqnozu; ✅Xərclərin spesifikası və məhsulun maya dəyərinin hesablanma metodikası; ✅Mənfəət və zərər cədvəli, nağd pul axını və pul vəsaitinin hərəkət cədvəlinin hazırlanması; ✅İqtisadi səmərəlilik göstəricilərinin hesablanması; ✅Risklərin xarakteristikası və qiymətləndirilməsi. Onlayn təlimlər saat 19:00-da zoomplatforması üzərindən həyata keçiriləcək. Onlayn təlimlərdə iştirak etmək üçün qeydiyyat linki:https://lnkd.in/gY8peSYy Qeyd edək ki, Abşeron KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.