Qarabağ Universiteti – Biznes və İqtisadiyyat fakültəsində vakansiya – Mühasibat fənləri üzrə müəllim

 

İşəgötürən: “Qarabağ Universiteti” publik hüquqi şəxs

Qarabağ Universitetinin Biznes və İqtisadiyyat Məktəbi Mühasibat sahəsində müəllim vəzifəsinə qəbul elan edir. 

Namizəd İdarəetmə uçotu, Maliyyə hesabatlılığı və Audit fənlərini bakalavr səviyyəsində tədris edəcək, məktəbin akademik fəaliyyətinə və tədris keyfiyyətinin

yüksəldilməsinə töhfə verəcək.

Vəzifə: Mühasibat fənləri üzrə müəllim (İdarəetmə uçotu, Maliyyə hesabatlılığı və Audit)

İşin təsviri:

• Mühasibat fənlərinin (İdarəetmə uçotu, Maliyyə hesabatlılığı, Audit) tədrisini həyata keçirmək;

• Fənn sillabuslarını, dərs materiallarını və imtahan suallarını hazırlamaq;

• Tələbələrin kurs işlərinə, layihələrinə və imtahanlarına nəzarət etmək;

• Kafedra və məktəb iclaslarında, proqram və keyfiyyət təminatı fəaliyyətlərində iştirak etmək;

• Elmi tədqiqat, məqalə və konfrans fəaliyyətlərində iştirak;

• Peşəkar təşkilatlarla (ACCA, CIMA, CFA və s.) əməkdaşlıq təşəbbüslərinə dəstək vermək.

 

Tələblər:

• Mühasibat, Maliyyə və ya əlaqəli sahə üzrə magistr dərəcəsi (Ph.D. olması üstünlükdür);

• Minimum 2 illik ali təhsil müəssisəsində müəllimlik təcrübəsi;

• İngilis dilində ən azı B2 səviyyəsində dərs keçmək bacarığı;

• İdarəetmə uçotu, Maliyyə hesabatlılığı və Audit üzrə peşəkar bilik və tədris təcrübəsi;

• Yüksək təşkilatçılıq, ünsiyyət və komanda ilə işləmək bacarığı;

• Xaricdə təhsil almaq və ya beynəlxalq təcrübəyə malik olmaq üstünlük sayılır.

• Elmi potensiala malik olmaq və keyfiyyətli tədqiqat aparmaq bacarığı üstünlük sayılır.

 

Tələb olunan sənədlər:

• İngilis dilində CV;

• ali təhsili təsdiq edən sənədlərin surəti;

• ingilis dilində Motivasiya məktubu – maksimum 500 söz, tədris təcrübəsi və maraq sahələrinin təsviri. (A Letter of Motivation);

• Elmi nəşrlərin siyahısı.

 

İş qrafiki: Tam ştat vəzifədir. Auditoriya saatlarından kənar vaxtlarda isə müəllimlərin

tədrisə hazırlıq işləri və onlara tapşırılan digər fəaliyyətlərlə məşğul olmaları gözlənilir.

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində tədris ilinin əvvəlindən başlayaraq işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.

Qeyd 2: məktubun mövzu hissəsində “Mühasibat müəllimi – Biznes və İqtisadiyyat Məktəbi” qeyd olunması vacibdir. Bildiririk ki, yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Rəqabətədavamlı əməkhaqqı təklif olunur.

Müraciət üçün son tarix: 12 dekabr 2025-ci il.

Elektron poçt ünvanı: [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.