Biznes və maliyyə analitiki vakansiyası

 

Veysəloğlu Şirkətlər Qrupu Biznes və maliyyə analitiki vakansiyasını elan edir.

Sizə sürətlə böyüyən Şirkətlər Qrupunun dinamik iş mühitində perspektivli iş təklif edirik.

Vəzifə öhdəlikləri:

-      Layihə və illik büdcələrin hazırlanmasında iştirak və proqnozların toplanması

-     Smetaların tərtibində iştirak, oxşar layihələrlə müqayisə və əsaslandırılmış sualların verilməsi

-      Tikinti başladıqdan sonra büdcə–smeta–fakt müqayisələrinin dövri aparılması

-      Maliyyə uçotunun düzgünlüyünə nəzarət və uçot prosesində aktiv iştirak (IFRS, müxabirləşmə, hesablar planı)

-      Power BI və ERP sistemlərində analitik hesabatların hazırlanması

 

Tələblər:

-      Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil

-      Excel, PowerPoint və Power BI üzrə bacarıqlar

-      ACCA F3–F7 modulları üzrə biliklər arzuolunandır

-      2–4 il büdcə, maliyyə təhlili və ya mühasibatlıq sahəsində iş təcrübəsi

-      Analitik düşüncə, məntiqi sualvermə bacarığı və detallara diqqət

 

İş şərtləri:

-      İş məkanı: Azure Plaza

-      Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə

-      İş rejimi: 5 gün (həftəiçi)

-      Nahar: Təmin edilir

Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Biznes və maliyyə analitiki” yazmaqla, öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.