She"s Next, Empowered by Visa – Azərbaycanda qadın sahibkarlar üçün onlayn təhsil proqramının yeddinci təlimini qarşılayın. Təlim 05 iyun 11:00da "Böhran zamanı biznesi necə idarə etmək?" mövzusunda baş tutacaq.
"Böhran zamanı biznesi necə idarə etmək?" təlimi zamanı aşağıda qeyd olunmuş mövzulardan danışacağıq:
- Böhran ssenariləri - Böhrana qarşı planlama - Böhranda menecment komandasının formalaşdırılması - Maliyyə və işçilərin böhran dövründə idarə olunması
Tədbirin təlimçisi: Panda School uşaq inkişaf mərkəzləri brendini təsisçisi, Dadashsoy Business School və Safavy təhsil platformasının həmtəsisçisi - Elvin Dadaşsoy
Xüsusi qonaq: “Rəsm” zərgərlik brendinin təsisçisi - Rəsminə Qürbətova
Proqramın şərtləri və formatı Proqramda iştirak etmək üçün öncədən qeydiyyatdan keçmək və qapalı Facebook qrupuna daxil olmaq lazımdır. Qeydiyyat üçün keçid:https://bit.ly/shesnextregister
Keçirilmə formatı: - 24 aprel – 12 iyun tarixləri arasında 8 vebinar; - hər bir vebinarın müddəti: 2 saatadək; - vebinarlar ZOOM platforması vasitəsilə keçirilir; - vebinarlara qoşulmaq üçün keçidlər sizin qeydiyyat zamanı göstərilmiş elektron poçt ünvanına göndəriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.