Brend Təmsilçisi / Promoter (Sea Breeze)
Komandamıza enerjili, ünsiyyətcil və satış yönümlü Brend Təmsilçisi / Promoter axtarırıq. Əgər insanlarla ünsiyyət qurmağı sevir, premium brendi peşəkar şəkildə təmsil etmək və dinamik mühitdə çalışmaq istəyirsinizsə, bu vakansiya sizin üçündür.
Tələblər
▪️ Yüksək ünsiyyət, təqdimat və satış bacarıqları;
▪️Gülərüz, pozitiv və səliqəli görünüş;
▪️Azərbaycan və Rus dillərində yüksək səviyyədə danışıq bacarığı;
▪️Məsuliyyətli, təşəbbüskar və komandada işləmək bacarığı;
Vəzifə Öhdəlikləri
▪️Sea Breeze ərazisində yerləşən stenddə ziyarətçiləri qarşılamaq və brendi təmsil etmək;
▪️Avtomobil modelləri, funksiyaları və mövcud kampaniyalar barədə məlumat vermək;
▪️Potensial müştərilərin əlaqə məlumatlarını sistemdə qeydiyyata almaq;
▪️Maraqlanan şəxsləri satış komandasına yönləndirmək və test-drive müraciətlərinin koordinasiyasına dəstək olmaq;
▪️Stendin və təqdimat materiallarının səliqəli saxlanılmasını təmin etmək;
▪️Marketinq məqsədli foto və video çəkilişlərdə iştirak etmək;
▪️Müştəri müraciət və rəylərini aidiyyəti şəxslərə yönləndirmək;
▪️Sərgi, təqdimat və tədbirlərdə şirkəti peşəkar şəkildə təmsil etmək.
İş Şərtləri
▪️İş yeri: Sea Breeze
▪️İş qrafiki: 6 günlük növbəli iş qrafiki
▪️Layihə müddəti: 4 ay
▪️Əmək haqqı: 800 AZN + bonus
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Brend təmsilçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.