BRight Path - Xanımlar üçün Təcrübə Proqramı 

 

Beynəlxalq Qadınlar Günü münasibətilə Bank Respublika xanım namizədlər üçün BRight path ∞ Təcrübə Proqramını elan edir.

 

BRight Path ∞ özünə inanan, yeniliklərə açıq və gələcəyini inamla qurmaq istəyən xanımlar üçün nəzərdə tutulmuş xüsusi təcrübə proqramıdır. Proqram davamlı öyrənmə, şəxsi və peşəkar güclənmə prinsipləri əsasında hazırlanaraq iştirakçıların parlaq gələcək yolunda sistemli və məqsədyönlü inkişafını hədəfləyir.

 

İnanırıq ki, hər bir gənc xanım sonsuz inkişaf potensialına, tükənməz enerjiyə və davamlı uğur gücünə sahibdir.

 

Proqram çərçivəsində iştirakçılar yalnız peşəkar bilik və təcrübə qazanmayacaq, eyni zamanda:

· öz potensiallarını daha dərindən kəşf edəcək;

· peşəkar və şəxsi inkişaf üçün yeni perspektivlər qazanacaq;

· gələcəyə doğru inamlı və möhkəm addımlar atacaqlar.

 

Bu xüsusi proqram çərçivəsində universitetlərin bakalavr təhsil pilləsinin sonuncu kursunda və magistratura səviyyəsində təhsil alan namizədlər arasından 8 xanım namizəd seçiləcək.

 

Müraciət etmək üçün aşağıdakı linkə keçid etməyiniz kifayətdir. 

 

Son tarix 28 fevral 2026

 

https://qlor.me/mluy7f1t8b

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.