BSU-da yeni vakansiya
Bakı Slavyan Universiteti (BSU) İnformasiya və kommunikasiya texnologiyaları şöbəsinə İKT mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• İstifadəçilərə texniki (Help Desk) dəstək göstərmək;
• Kompüter, printer, proyektor, IP-kamera və digər avadanlıqların quraşdırılması və sazlanması;
• Tədris auditoriyalarında və inzibati otaqlarda avadanlıqların fasiləsiz işləməsini təmin etmək;
• Tədbirlərin (konfrans, seminar, təqdimat və s.) keçirilməsi zamanı İT dəstəyi göstərmək;
• Windows əməliyyat sistemlərinin və ofis proqramlarının(MS Office və s.) quraşdırılması, sazlanması və yenilənməsi;
•Lokal şəbəkə xətlərinin çəkilməsi, LAN/Wi-Fi qurğularının sazlanması və idarə olunması;
• Şəbəkə avadanlıqları (switch, router və s.) və IP ünvanların işləmə prinsipi üzrə texniki problemlərin həlli;
• Server, IP telefoniya və digər daxili sistemlərin işinə nəzarətvə ilkin texniki xidmət.
Namizəd üçün tələblər:
• Ali texniki təhsil (İnformasiya texnologiyaları, kompüter mühəndisliyi və s.)
• Müvafiq sahədə minimum 1 illik iş təcrübəsi;
• Kompüter, şəbəkə və avadanlıq problemlərinin diaqnostikası və aradan qaldırılması bacarığı;
• Windows əməliyyat sistemləri və ofis proqramları üzrə biliklər;
• Şəbəkə avadanlıqları (router, switch, firewall və s.) ilə işləmə bacarığı
• Cisco və ya digər şəbəkə avadanlıqları haqqında ilkin biliklər üstünlük sayılır;
• Məsuliyyətli, operativ, komanda ilə işləmə bacarığına malik olmaq.
CV-lər Azərbaycan dilində, elektron poçt vasitəsilə mövzu qismində“İKT mütəxəssisi” qeyd olunaraq “[email protected]” ünvanına göndərilməlidir.
Son müraciət tarixi: 10.11.2025-ci il.
Qeyd: Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.