Vəzifə : “Büdcə və xərclərə nəzarət üzrə aparıcı/baş mütəxəssis”
Əsas vəzifə öhdəlikləri:
· Aylıq göstəricilər əsasında illik büdcə hesabatlarını hazırlamaq;
· Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
· Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil etmək, icmallaşdırmaq və illik icmal büdcənin hazırlanmasında iştirak etmək;
· Şirkət üzrə ümumi xərclərə nəzarət etmək və bununla əlaqədar rəhbərlik üçün lazımi hesabatlar hazırlamaq;
· Boşluqları və xərclərin azaldıla biləcəyi və ya optimallaşdırıla biləcəyi sahələri müəyyən edərək, təşkilat daxilində xərcləri davamlı olaraq izləmək;
· Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət etmək;
· Aylıq, rüblük, illik büdcə və faktiki göstəricilərin qarşılıqlı təhlili;
· Mühasibat məlumatlarının monitorinqi və təhlili, ümumi mühasibat strategiyasını həyata keçirmək və nəzarət etmək;
· Əməliyyat və analitik hesabatların aparılmasına kömək etmək və proqnozlaşdırılan büdcə xərclərini faktiki xərclərlə müqayisə etmək və proqnozlaşdırılan əməliyyat fəaliyyətini faktiki nəticələrlə müqayisə etmək üçün dövri hesabatlar hazırlamaq;
· Hesabat dövrünün sonunda faktiki və büdcə nəticələrinin müqayisələrini əks etdirən hesabat hazırlamaq.
Tələb olunan bilik və bacarıqlar:
· Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
· Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (Excel), (Logo üzrə biliklər üstünlükdür);
· Maliyyə məlumatlarının təhlilinin aparılması bacarığının olması;
· Komandada işləmə, sürətli düşünmə, deadline-larla işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
· Ali təhsil (maliyyə-mühasibatlıq, audit, iqtisadiyyat, biznesin təşkil edilməsi üzrə);
· Maliyyə, hesabatlılıq, büdcələmə, audit sahəsində minimum 2 il iş təcrübəsinin olması.
İş şərtlərimiz:
· İş qrafiki: Tam iş günü (5 gün);
· İş saatları: 09:00-18:00;
· İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D
Biz nə təklif edirik:
· Əmək bazarında rəqabətli əməkhaqqı;
· Peşəkar komanda mühiti;
· Şirkət hesabına nahar;
· Şirkət hesabına korporativ nömrə;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Büdcə və xərclərə nəzarət üzrə aparıcı/baş mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.