Rossmann Azerbaijan olaraq Komandamıza “Büdcə və xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” axtarışındayıq! Göstərilən vakansiya üzrə tələblər və təminatlar aşağıdakı kimidir:

 

Vəzifə öhdəlikləri:

·      Təsdiq olunmuş büdcənin icrasını mütəmadi monitorinq etmək, xərclər üzrə maliyyə intizamına riayət olunmasını təmin etmək;

·      Ödənişlərdən əvvəl maliyyə nəzarətini həyata keçirmək, ödənişlərin DoA (Delegation of Authority) və büdcə çərçivəsinə uyğunluğunu yoxlamaq;

·      Faktiki xərclərlə planlaşdırılmış büdcə arasında variance analizi aparmaq, yaranan fərqlərin səbəblərini müəyyənləşdirmək və aradan qaldırılması üçün tədbir təklifləri vermək;

·      Xərc mərkəzləri üzrə müəyyən edilmiş limitlərin istifadəsini izləmək, risk yarandıqda vaxtında xəbərdarlıq və məlumatlandırma aparmaq;

·      Aylıq büdcə icrası üzrə hesabatlar hazırlamaq, kritik kənarlaşmalarla bağlı eskalasiya etmək və rəhbərliyə təqdim etmək;

·      Büdcə və xərclərə nəzarət proseslərinin təkmilləşdirilməsi məqsədilə mövcud nəzarət mexanizmlərini təhlil etmək və inkişaf təklifləri irəli sürmək;

·      Büdcə və xərclərə nəzarət üzrə daxili və xarici auditlər zamanı tələb olunan məlumatları və sənədləri hazırlamaq və təqdim etmək;

 

Namizədə tələblər: 

·      Ali təhsil(Maliyyə, mühasibatlılıq).

·      Maliyyə, büdcə planlaşdırılması və ya xərclərə nəzarət sahəsi üzrə minimum 2-3 il iş təcrübəsi.

·      Yaxşı səviyyədə MS Excel biliyi olmalı

·      Analitik düşüncə, Komandada işləmək bacarığı.

·      Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir.

 

 Digər məlumatlar:

·      Nahar və servis ilə təmin edilmə

·      Əmək bazarına uyğun rəqabətli əmək haqqı

·      5 günlük tam iş qrafiki

·     Korporativ mobil nömrə

 

 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Büdcə və xərclərə nəzarət üzrə aparıcı mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] ünvanına göndərə bilərlər

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.