Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı (operator) vəzifəsi üzrə vakant yer elan edir:

 

İş yeri: 

    Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi

 

Əməkhaqqı:

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.

 

 Tələb olunan bilik, təcrübə və bacarıqlar:

·      Orta ixtisas tibb təhsili;

·      Sahə üzrə 1 il iş təcrübəsi;

·      Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);

·      Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər: 

 Operativ qərarvermə

 Stressə davamlılıq

Məsuliyyətlilik

 Düzgün və aydın diksiya

Ünsiyyət bacarığı.

 

 İşin təsviri:

Reklam

·      Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;

·      Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;

·     Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;

·      Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;

·      Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.

 

 Əlavə qeydlər:

• İş qrafiki: növbəli

 

 Müraciət etmə qaydaları:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:

 

  CV [email protected] ünvanına göndərilməlidir;

  Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;

  CV-lər 24.07.2026-cı il tarixinə qədər göndərilməlidir.s

 

Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.