"AzInTelecom” MMC
Vakansiya: Çağrı mərkəzi operatoru
Departament: Kommersiya departamenti/ Müştərilərlə əlaqələr şöbəsi/ Çağrı Mərkəzi
Vəzifə öhdəlikləri:
·Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
·Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
·Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
·Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
·Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
·Müştərilər üçün sat��ş əməliyyatlarını tamamlamaq;
·Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar:
·Ali təhsil
·Səlis və aydın intonasiya ilə danışıq bacarığı
·Xoş səs tonuna malik olmalı;
·Müştərilərlə ünsiyyət qurma bacarığı
·Komanda ilə işləmə bacarığı
·Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
·Microsoft Office proqramları üzrə biliklər
·Qeyd olunan vəzifə üzrə iş təcrübəsi
·Azərbaycan dili və rus dilini - yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür)
Maraqlanan namizədlərCV-lərinimövzu sətrindəvakansiyanın adını qeyd edərək,[email protected]e-mail ünvanına göndərə bilərlər.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.