“Rahat Telecom” MMC informasiya və kommunikasiya sektorunda fəaliyyət göstərən fiber optik internet,İPTV kabel şəbəkəsi və rəqəmsal televiziya brendi olaraq abunəçilərə böyük imkanlar təqdim edən qabaqcıl şirkətlərdən biridir.
İş barədə məlumat :
·Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, və s.) ünsiyyətin qurulması;
·Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə ən uyğun formada bildirilməsi;
·Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
·Müştərilərin istəklərini qeydə alınması və texniki şöbəyə yönləndirilməsi
·Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi
·Şirkətin xidmət ,qiymətləri barədə müştəriyə düzgün m��lumat vermək və sifarişləri qeydiyyata almaq
·Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
Tələblər:
-Yaş : 20 – 40
-Cinsi :qadın
-Dil bilikləri: Azərbaycan,Rus dillərini əla səviyyədə bilməli;
-Aydın və səlis nitq bacarığı;Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti;
-Səbrli və məsuliyyətli;
-Müvafiq sahədə 1 il iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir)
-Kompüter bilikləri – MS Office (Microsoft Word, Microsoft Excell,) MS Outlook proqramlarından və İnternet resurslarından sərbəst isifadə bacarıqları;
-İşə planlı yanaşmaq bacarığı;
-Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti;
İş qrafiki: 6 iş günü
Əmək haqqı: 400 AZN
Vakansiyaya uyğun gələn namizədlərin cv-lərini[email protected]elektron ünvanına göndərməkləri arzu olunur.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.