TƏBİB tabeliyində olan RTTTYM-ə Mərkəzi Çağrı xidmətinə Çağırış üzrə tibb bacısı vəzifəsi üzrə vakant yer elan edir:
İş yeri:
▪️ Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi (Bakı şəhəri, Ağcabədi və İmişli rayonları üzrə)
Əməkhaqqı:
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına uyğun olaraq tənzimlənir.
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
▪️ Orta ixtisas tibb təhsili;
▪️ Sahə üzrə 1 il iş təcrübəsi;
▪️ Kompüter bilikləri: Microsoft Office (sərbəst səviyyədə);
▪️ Şəxsi keyfiyyət və bacarıqlara dair tələblər:
▪️ Operativlik
▪️ Təmkinlilik
▪️ Məsuliyyətlilik
▪️ İntizamlılıq
▪️ Ünsiyyət bacarığı.
İşin təsviri:
▪️ Zənglər üzrə çağırışları qəbul etmək və onları müvafiq briqadalara düzgün çatdırmaq;
▪️ Ərazi bölgüsünə əsasən briqadalara çağırışlar üzrə operativ rəhbərlik etmək və onların olduqları yeri nəzarətdə saxlamaq;
▪️ Çağırışların təmin edilməsi üzrə işin operativliyinə nəzarət etmək;
▪️ Çağırış qəbulu və ötürülməsi üzrə tibb heyəti ilə danışarkən verilən suallara aydın və qısa cavab vermək;
▪️ Rəhbərliyi bütün fövqəladə hallarla bağlı məlumatlandırmaq.
Əlavə qeydlər:
• İş qrafiki: növbəli
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
▪️ CV [email protected] ünvanına göndərilməlidir;
▪️ Mövzu sətrində müraciət etdiyiniz vəzifənin adı və iş yeri (RTTTYM – Çağırış üzrə tibb bacısı) qeyd olunmalıdır;
▪️ CV-lər 30.01.2026-ci il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqəyə dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.