Oftalmologiya sahəsi üzrə ixtisaslaşan özəl klinikamıza "Call Center Operatoru" vakansiyası üzrə namizəd axtarırıq:
Vakansiya: Call Center Operator
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu, Vaqif prospekti 75A
İş qrafiki: Tam ştat
Əmək haqqı: Müsahibə əsnasında müəyyənləşdiriləcək
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Yüksək səviyyədə ünsiyyət və dinləmə qabiliyyəti
- Azərbaycan və Rus dilində səlist danışıq (İngilis dili arzuolunandır)
- Stressə davamlılıq və nəzakətli yanaşma
- Kompüter bilikləri: MS Office, CRM sistemləri (üstünlükdür)
- Tibbi terminologiya üzrə ilkin biliklər üstünlükdür
Əsas vəzifələr:
- Gələn zənglərin cavablandırılması və düzgün yönləndirilməsi
- Pasiyentlərin suallarının cavablandırılması və ilkin məlumatlandırma
- Qəbul üçün pasiyentlərin qeydiyyatının aparılması
- Klinikada göstərilən xidmətlər haqqında məlumatın verilməsi
- Geri zənglərin təşkili və izlənməsi
- Şikayət və təkliflərin qeydiyyatı və müvafiq şəxslərə çatdırılması
Müraciət etmək üçün uyğun namizədlər mövzu başlığına “Call Center Operatoru” qeyd edərək [email protected] mailinə CV göndərə bilər. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaq.