CV yarat platforması istifadəyə verildi

Üç addım ilə öz CV-ni yarat   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindənwww.cvyarat.azplatforması istifadəyə verilib.   CV hazırlamaqda çətinlik çəkən şəxslər platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarını əlavə edib, qısa müddətdə öz CV-sini PDF formatında əldə edə biləcək.   Platformadan istifadə bütün hə
dəf qrupları üçün nəzərdə tutulub. Məqsəd CV hazırlığında əlçatanlığın təmin olunması, daxil edilən məlumatların dolğun və düzgün olmasını təmin etmək və nəticədə işsiz və işaxtaran şəxslərin işəqəbul prosesinə dəstək olmaqdır.   Yaxın zamandawww.cvyarat.azplatforması digər elektron sistemlərə də inteqrasiya olunacaq və identifikasiya nömrəsini yazmaqla istifadəçiyə dair şəxsi məlumatlar, eləcə də təhsil, iş təcrübəsi kimi məlumatlar birbaşa doldurulacaq.   Platformadan istifadə ödənişsizdir.   www.cvyarat.az   Üç addım ilə öz CV-ni yarat!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.