Vakansiya: data analitika üzrə kiçik mütəxəssis

 

Vəzifəsi:

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) cari layihələrinin icrası çərçivəsində Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri üçün məlumatların təhlili və hesabatların hazırlanması.

 

Əsas vəzifə və öhdəliklər:

·      Müxtəlif mənbələrdən məlumatların toplanması, təmizlənməsi və emalı;

·      Məlumatların təhlili və vizuallaşdırılması;

·     Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;

·      Komanda ilə birgə analitik layihələrdə iştirak;

·      Cari layihələr çərçivəsində rəhbərlik tərəfindən tapşırılan digər işlərin icra edilməsi.

 

İxtisas tələbləri: 

·      Python (Pandas, Numpy, Seaborn), Tableau, Microsoft Office, Canva proqramlarında işləmə bacarıqları;

·      Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;

Bizimlə işləməyin üstünlükləri:

·      Ən müasir texnologiyalarla işləmək imkanı;

·      Azərbaycanın elmi və texnoloji inkişafına töhfə vermək imkanı; 

·      Dövlət, sənaye və akademik sahələrdə innovasiya liderləri ilə əməkdaşlıq imkanı; 

 

Maraqlanan şəxslər tərcümeyi-hal (CV) ilə [email protected] email ünvanına (məzmun yerinə vakansiyanın adını qeyd etməklə) müraciət edə bilərlər.

 

Son müraciət tarixi: 29 sentyabr 2025-ci il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.