Araz Supermarketlər Şəbəkəsi "Data mühəndisi" vakansiyası üzrə işə qəbul elan edir!

 

 Tələblər :

- Ali təhsil (sahə yönümlü);

- İş təcrübəsi – 2 il;

- Dil bilikləri – İngilis dili üstünlükdür;

- ETL proseslərinin dizaynı, inkişafı və dəstəklənməsi, Sql Server\T-sql üzrə biliklər(T-SQL skriptlərinin yazılması və optimallaşdırılması);

- Analitik modelin hazırlanması, inkişafı və saxlanılması;

- Data Mart/Data Warehouse və ümumi BI mühiti üçün praktiki məlumat bazasının modelləşdirilməsinin təmin edilməsi, DAX üzrə biliklər;

- Power BI üzrə təcrübə, BI alətlərinin tətbiqi, iş prosesinin qurulması və nəzarət edilməsi;

- Microsoft Fabric üzrə biliklər (Təcrübə üstünlükdür):

 

 Vəzifə öhdəlikləri :

·       Qəbul edilmiş standart, qayda və prosedurlara uyğun olaraq işlərini planlaşdırmaq, icra etmək,şirkətdə BI layihələrinin tətbiqində iştirak etmək;

·       Daxili və xarici sistemlərin məlumatlarının yoxlanılması və toplanılması ilə bağlı araşdırmaların aparılmasında və təkliflərin hazırlanmasında iştirak etmək;

·       Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatlarının inteqrasiyasında iştirak etmək;

·       Şirkətin BI analitik sistemlərinə qoşulması üçün istifadəçiləri daxilolma qaydalarına uyğun olaraq giriş hüquqları ilə təmin etmək;

·       Şirkətin daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməklik göstərmək;

·       Məlumat anbarının (DataWarehouse) formalaşdırılmasında və OLAP (online analytical processing) sistemin qurulmasında iştirak etmək;

·       Məlumat anbarının dayanıqlı işləməsinə və məlumatların etibarlı saxlanılmasına nəzarət etmək;

·       Məlumatların çıxarılması, transformasiyası və toplanılması (ETL) prosedurunu həyata keçirir və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak etmək;

·       Hesabat xarakterli SQL sorğularının hazırlanmasını təmin etmək;

·       Bİ layihələrində kənar dəstək şirkətlərini tələb olunan məlumatlarla təmin etmək;

·       ETL (extract, Transform, Load) paketlərini formalaşdırmaq, dəyişikliklərini yerinə yetirmək

·       Bİ sistemlərinin işini monitorinq etmək;

·       Şirkətdə müvafiq biznes proseslərin dayanıqlığının testləşdirilməsində və bərpasında iştirak etmək;

 

Təminatlar:

 - Nahar ilə təmin edilmə;

 - Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

 - 5 günlük iş qrafiki;

 - Servis xidməti:

 

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Data mühəndisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.