"Davamlı şəhər həlləri" hakatonu
Bu hakaton İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Startup və TTO şöbəsi tərəfindən birgə təşkil olunur.
Formu doldurarkən aşağıdakı məqamları nəzərə alın:
• Hər bir komanda üzvü fərdi şəkildə qeydiyyatdan keçməlidir.
• Komanda adını bütün üzvlər eyni formada qeyd etməlidir.
• Layihənizin kateqoriyasını düzgün seçin.
• Formu doldurmaqla hakaton qaydalarını qəbul etdiyinizi və məlumatlarınızın təşkilatçılar tərəfindən istifadəsinə razılıq verdiyinizi təsdiqləyirsiniz.
Hakaton müddətində iştirakçılar 2 gün ərzində fərqli istiqamətlərdə olan mentordan dəstək alacaq və layihələrini prototip və ya MVP mərhələsinə gətirmək imkanı qazanacaqlar.
Bu hakatonda ADNSU və UFAZ tələbələrindən formalaşan komandalardan ən aktual çağırışları həll edərək, qabaqcıl süni intellekt və maşın öyrənmə tətbiqləri ilə ideyaların real həllərə çevrilməsi gözlənilir.
İştirakçılar:
• Mentorlar dəstəyi, ideyalarını prototip və ya MVP mərhələsinə gətirəcəklər,
• Pitch Day zamanı layihələrini münsiflər heyətinə təqdim edəcəklər,
• Nəticədə 2500 AZN, 1500 AZN və 1000 AZN dəyərində mükafatlar uğrunda yarışacaqlar.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) qeydiyyat forması vasitəsilə toplanan məlumatların itirilməsi və ya sızması ilə bağlı heç bir məsuliyyət daşımır. Toplanan məlumatların təhlükəsizliyi və məxfiliyinin təmin edilməsi üzrə məsuliyyət formu yaradan/dolduran/idarə edən təşkilat və ya quruma (şəxsə) aiddir. İRİA toplanmış məlumatların sui-istifadəsi və ya icazəsiz əldə olunması nəticəsində yaranan hər hansı nəticələrə görə məsuliyyət daşımır.
Son qeydiyyat tarixi: 17 aprel 2026