Sinteks Group of Companies – Daxili Audit Departamentində Təcrübə Proqramı!

 

Daxili Audit departamentində Təftiş üzrə Kiçik Administrator (Intern) pozisiyası üzrə təcrübə proqramına qəbul elan edir. 

Bu proqram audit və təftiş sahəsində karyerasına yeni başlayan, bacarıqlarını inkişaf etdirmək və real iş mühitində təcrübə qazanmaq istəyən namizədlər üçün əla fürsətdir.

 Vəzifənin əsas öhdəlikləri:

-Ofis, anbar və mağazalarda təftiş proseslərində iştirak etmək

-Xüsusi texniki vasitələrdən istifadə edərək əmtəə məhsullarının və inventarların sayımını aparmaq

-Məhsul və inventarları qüsur, çeşid uyğunsuzluğu və digər nöqsanlara görə yoxlamaq

-Aşkarlanan nöqsanlar barədə mütəxəssisi məlumatlandırmaq

-Etiketsiz məhsulların etiketlərinin bərpasında iştirak etmək

Namizəddən gözləntilər:

-Tam iş günü (full-time) çalışma imkanının olması

-Microsoft Office proqramları üzrə yaxşı baza bilikləri

-Detallara diqqət və məsuliyyətli iş yanaşması

-Nəticəyönümlü olmaq və komanda ilə işləmə bacarığı

-Təcrübə tələb olunmur, lakin pərakəndə satış sahəsində qısa müddətli təcrübə üstünlük sayılır

 Təhsil tələbləri:

-Maliyyə, Audit və ya müvafiq sahə üzrə orta ixtisas və ya ali təhsil

Bu təcrübə proqramı sizə audit proseslərini real mühitdə öyrənmək, sayım prosedurlarında iştirak etmək və daxili audit strukturunda praktiki biliklər əldə etmək imkanı verəcək.

 Müraciət üçün CV-lərinizi aşağıdakı ünvana göndərməyinizi xahiş edirik:

 [email protected]

Sinteks MMC komandasında təcrübənizə güclü başlanğıc verin!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.